Polşada Təhsil

Qədim  və zəngin tarixə malik olan Polşa, Mərkəzi Avropa regionunun ən böyük və əhalisi sıx məskunlaşmış ölkələri sırasındadır. Avropa İttifaqı ölkələri arasında ərazisinə görə 9-cu, əhalisinə görə 6-cı sırada qərarlaşıb. 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra iqtisadi cəhətdən inkişafı sürətləndi.

Polşada təhsil sisteminin tarixi orta əsrlərə qədər gedib çıxır. İlk universitetlərdən biri olan Jagiellon Universiteti  14-cü əsrdə yaradılmışdır və  bu gün də Polşanın çoxəsrli universitetlərindən sayılır. Hal-hazırda Polşada 400-dən çox müxtəlif   ixtisaslar  təklif edən təhsil müəssisələri vardır, həmçinin onların çoxu bakalavr təhsili pilləsinə aiddir. . Hər il təxminən 1.5  milyon tələbə bu universitetləri seçir. Hətta ölkədə ən yüksək təhsilə malik olan olan Varşava universiteti beynəlxalq  informasiya texnologiyaları (IT)  reytinqində ABŞ nəhəngi olan Masaçuset universitetini geridə qoyur.

Polşa universitetləri  azxərcli və bəzi hallarda tam təqaüdlü təhsil  təklif edir. Ümumiyyətlə polşada təhsil qiymətləri Qərbi və Şimali Avropa universitetlərindən daha aşağıdır.  Ayrı-ayrı təhsil pillələri üzrə universitet ödənişləri  şərti olaraq aşağıdakı kimidir:

  •   Bakalavr təhsili üçün illik 500-6000
  •   Magistr proqramı üçün illik 1000-8000
  •  Doktorantura təhsili üçün illik 3000€
  • ✓ Peşə kursları illik 3000
  • ✓ Polyak dilində təhsil almaq üçün Polyak dilini tədris edən hazırlıq kursları illik 2000
  • ✓ MBA proqramı üzrə illik ödəniş 8000-15000

Bəs öz unikallığı ilə seçilən Polşada niyə ali təhsil almalıyam?

  1. Avropanın mərkəzində təhsil almaq imkanı qazanırsınız – Avropanın mərkəzi regionunda yerləşməsi Polşanı digər Avropa şirkətləri ilə inzibati-iqtisadi cəhətdən yaxınlaşdırır. Belə ki, Polşada ali təhsil alarkən, Avropa Birliyi ölkələrinin təhsil proqramlarına birbaşa müraciət edə və layihələrə, təcrübə proqramlarına asanlıqla qoşula bilərsiniz.
  2. Təqaüd proqramları, ödənişsiz təhsil və stipendiya əldə etmək imkanları – Polşada təhsil almaq üçün bir çox təqaüd proqramları vardır ki, onlar həm Polşa hökuməti, həm də xarici əməkdaş ölkələrin hökuməti tərəfindən qarşılanır.  Müəyyən qəbul tələblərini ödəməklə təqaüd proqramlarına onlayn formada  müraciət edə bilərsiniz. Tam təqaüdlü təhsil proqramına qəbul olsanız,  Polşada pulsuz təhsil almaq şansı qazanacaqsınız.
  3. Zəngin mədəniyyət tarixli şəhərlərdə yaşamaq şansı – Polşanın hər şəhəri öz spesifikliyi ilə seçilir. Avropanın mədəniyyət paytaxtı Vroslav, İncəsənət mərkəzi Krakov, dəbdəbəli şəhər Varşava, Multikultural mərkəz Lublin, akademik şəhər Poznan yaxud sahilətrafı bölgə Qdansk özünəməxsusluğu ilə buraya gələnləri valeh edir. Siz Polşa universitetlərində oxuyaraq, qeyd edilən və daha bir çox özünəməxsus şəhərlərə səyahət edə bilərsiniz.
  4. Geniş karyera imkanları – Polşada yerləşən xarici şirkətlər yenicə məzun olmuş tələbələrə işləmək üçün imkanlar yaradır. Bundan əlavə, ölkədə “Academic İncubators of Entrepreneurship”  adlanan qurum var ki, buraya Siz öz startap yaxud biznes ideyalarınızı təqdim etməklə, investisiya qazanaraq öz işinizi qura bilərsiniz.
  5. Tələbə büdcəsinə uyğun yaşam şərtləri – Əgər xaricdə təhsil aldığınız müddətdə, maliyyə cəhətdən sərbəst yaşamaq istəyirsinizsə, Sizin üçün ən ideal seçim Polşa   Burada yataqxanalar 60€-dan, kinoteatr biletləri 2.50€-dan, kafeteriyada nahar etmək isə 2-dan başlayır və bu qiymətlər xaricdə yaşayan bir tələbə üçün kifayət qədər sərfəlidir.

Polşa universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

  • ✓ Hansı dildə təhsil alacaqsınızsa, həmin xarici dili akademik səviyyədə bildiyinizi göstərən beynəlxalq sertifikat
  • ✓ Qısa məzmunlu CV yaxud Rezyume
  • ✓ Bakalavr pilləsinə müraciət üçün bitirdiyiniz orta məktəbdən attestatın skan edilmiş kopyası
  • ✓ Magistr təhsili üçün bitirdiyiniz təhsil müəssisəsindən diplomun skan edilmiş kopyası
  • ✓ Həyat sığortası şəhadətnaməsi
  • ✓ Tövsiyə məktubu ( minimum 2 müxtəlif şəxs tərəfindən yazılmış)
  • ✓ Müaricət etdiyiniz ixtisasa niyyətliliyinizi göstərən maraq məktubu (Statement of Purpose)
  • ✓ Etibarlılıq müddəti bitməyən ümumvətəndaşlıq pasportu
  • ✓ Polşada qəbul aldığınız universitetdən rəsmi qəbul haqqında məktub sənədi
  • ✓ Sənəd şəkli(3*4 ölçüdə)

QEYDYuxarıda qeyd olunanlar Polşanın əksər universitetlərinin tələb etdiyi ümumi sənədlərdir. Bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Polşada yaşayış xərcləri

Xarici universitetlərdə təhsil almaq istəyən tələbələrə əsas lazım olan məlumat qəbul olduqları ölkədə yaşam xərclərinin səviyyəsidir. Yaşayış xərcləri qalmağa mənzil, qida, geyim, kommunal, istirahət  xərcləri kimi kompleks hissələrdən ibarətdir. Əgər Siz Polşada  universitet şəhərciklərində qalmaq istəyirsinizsə, universitetə qəbul olduğunuz barədə bildiriş alan kimi həmin universitetin  rəhbərliyi ilə  əlaqə saxlamalısınız. Polşa universitetlərinin əksəriyyəti xarici tələbələri   bir neçə növ  yaşayış yerləri ilə təmin edir. Onlardan biri olan və  “Stuent residence hall” adlanan  yerlərin qiyməti aylıq 60-150 € arası dəyişir. Lakin bir çox xarici tələbələr  kirayə mənzillərdə otaq yoldaşlarıyla yaşamağı  üstün tutur. Bu cür evlərin qiyməti yerləşdiyi ərazidən asılı olaraq aylıq 80-150 € arası dəyişir.  Ümumiyyətlə Polşa Avropanın ən aşağı yaşayış xərcləri olan ölkələrindəndir. Belə ki,  aylıq 350-550 € yaşayış xərclərinə bəs edir.  Xarkov və Varşava kimi böyük şəhərlərdə isə bu rəqəm 500-800 € arası təşkil edir.

Kommunal xərclərə gəldikdə sadə hesabla 85 m2 mənzildə elektrik, istilik, su və zibillərin daşınması  daxil olmaqla aylıq 155 € ödəməli olacaqsınız. Bəzi hallarda əlavə yaşayış xərci kimi, kirayə qalacağınız evin sahibi əvvəlcədən 2 aylıq depozit haqqı tələb edə bilər.

Qida xərclərindən danışsaq bir tələbə üçün aylıq 100-150 € kifayət edir. Əgər  pulunuza qənaət etmək istəsəniz, böyük supermarketlərdən yox, kiçik market və baqqallardan daha sərfəli qiymətə alış-veriş edə bilərsiniz.  Əgər restoranda nahar etmək istəsəniz, bir nəfərlik yemək üçün yalnızca 5€ ödəməli olacaqsınız. Yaxud 2 nəfərlik  3 fərqli yemək götürmək istəsəniz 25€ ödəmək kifayət edər. Hər hansı yüngül içkinin qiyməti ortalama 2€ təşkil edir.

 Nəqliyyat xərclərindən söhbət açsaq,deyə bilərik ki,  Polşada  tələbələr üçün əsas seçim ictimai nəqliyyat ola bilər. Belə ki, bir semestrlik 50 € ödəməklə tələbə kartına sahib ola bilərsiniz ki, bunun da yararlılıq müddəti 6 aydır. Onu da qeyd etməliyik ki, bir çox Polşa şəhərləri o qədər ecazkar görünüşdədir ki, Siz gəzmək üçün çox zaman  piyada səfərə çıxmağa üstünlük verəcəksiniz. Yox əgər 18% tələbənin etdiyi kimi, avtomobildən istifadə etmək istəsəniz, hər litr benzin üçün 1 € ödəməli olacaqsınız.

Bunlardan əlavə dərs müddəti ərzində Sizə təhsil üçün kitablar, qələm  kimi dərs vəsaitləri və s. lazım olacaq. Bu cür vəsaitlər çox zaman universitetlərdə satılsada, ən yaxşısı pulunuza qənaət etmək üçün adi kitab mağazalarından almağınızdır.

Əgər Siz də  yüksək keyfiyyətli universitetləri, rəngarəng, zəngin tarixli şəhərləri və cibinizə uyğun yaşam standartları olan Polşada ali təhsil almaq istəyirsinizsə, elə indi bizə müraciət edin, “Oxford College” olaraq  Polşada təhsil almağınız üçün hər cürə dəstəyi sevə-sevə göstərək.