Litvada Təhsil

Hər il dünya üzrə 6.000  tələbə xaricdə təhsil üçün Litva universitetlərini seçir. Bəs Siz, öz ali təhsil təcrübənizi sürətlə inkişaf edən Litvada qazanmaq istəyərdinizmi? Əgər, cavabınız “hə”dirsə, o zaman doğru yerdəsiniz.  Gəlin, əvvəlcə ölkə haqqında ətraflı məlumata nəzər salaq:

 Litva,  Avropa Birliyi və NATO-nun üzvü olmaqla yanaşı, Avropanın ən savadlı ölkələrindən biridir. Litva xarici tələbələrə nisbətən aşağı təhsill haqqı və regiondakı digər ölkələrdən daha sərfəli yaşam standartları təqdim edir və  bu iki nüans bir tələbənin öz ölkəsindən xaricdə, xüusuilə Avropada şəxsi büdcəsinə uyğun keyfiyyətli təhsil alması üçün əsas şərtdir.

 Ölkənin 4 ən yaxşı universiteti dünyanın top yüksək təhsilli universitetlərinin yer aldığı  “QS World University Rankings  “ adlanan təhsil müəssiələri sıralamasında öncül mövqedə durur.

Litva uzunmüddətli təhsil ənənələrinə sahibdir. Bu gün ölkə universitet və kollecləri xarici tələbələrə  350-dən çox İngilis dilində təhsil proqramları təklif edir. Təhsil pillələri 3 səviyyədədir:

  • ✓ Bakalavr
  • ✓ Magistr yaxud spesifikləşdirilmiş peşəkar təhsil
  • ✓ Doktorantura

Akademik təhsil ili sentyabrda başlayır, iyunun ortasında bitir, payız və yaz semestrlərinə bölünür. Tələbələr istəklərinə  uyğun full-time yaxud part-time təhsili seçə bilərlər.

Əgər universitetdə oxuyarkən Litva dilin öyrənmək istəyirsinizsə, universitetlər tərəfindən illik müxtəlif Litva dili tədris kursları təşkil edilir. Bu kurslarda iştirak etməklə Litva dilini hərətəfli şəkildə mənimsəyəcək və yerli xalqla rahatca ünsiyyətə girməklə dil bacarıqlarınızı daha da möhkəmləndirəcəksiniz.

Təhsil ödənişləri və təqaüd proqramları – Litvada ali təhsil müəssisələrində  təhsil haqqları spesifik müraciət edilən proqramdan, hansı ali təhsil pilləsinə müraciət etdiyinizdən və hər bir universitetin daxili inzibati qaydalarından asılıdır.  Litva universitet və kollecləri hər il təhsil ödənişləri barədə tələbələrə onlayn formada  elan verir. Orta hesabla, Litvada təhsil haqları aşağıdakı kimidir:

  • ✓ Bakalavr təhsili üçün illik 1300€-dan
  • ✓ Magistr təhsili üçün illik 2300€-dan
  • ✓ Doktorantura təhsili üçün isə illik 8400€-dan qiymətlər başlayır.

Bəs haqqında bu qədər məlumat aldıqdan sonra, Litvada hansı səbəblərə görə təhsil almağa dəyər?

  1. Beynəlxalq arenada diplomları tanınan yüksək səviyyəli təhsil – Ölkədə 22 universitet (14-ü dövlət, 8-i isə özəl olmaqla)  və 24 kollec müxtəlif ixtisaslara uyğun akademik təhsil təqdim edir.  Dünya ölkələrinin təhsil sistemini müqayisə edən beynəlxalq “U-Multirank” göstəricisinə görə, Litva akademik öyrətim və tədris sahəsində  bir neçə il ərzində yüksək nəticələr əldə edib.
  2. Büdcənizə uyğun təhsil və yaşam – Siz, universitet və yaşayış üçün az xərc çəkməklə keyfiyyətli ali təhsil almaq imkanı qazanacaqsınız. Ayrıca xarici tələbələr Litva Tələbə Kimliyi Kartı, Beynəlxalq Tələbə Kimliyi Kartı və Erasmus Tələbələri Şəbəkəsi kimi tələbə güzəşt imkanlarından birbaşa yararlana bilərlər. Ölkədə yaşam xərcləri, kommunal, asudə vaxt məşğuliyyəti üçün xərclər  cibinizə uyğun qiymətədir.
  3. Litva xalqı olduqca mehriban və qonaqvərpərdir – Dərsdən kənar vaxtlarda, xüsusən səyahətə çıxdığınız zamanlarda, əhali ilə rahat ünsiyyət quracaq,  özünüzü “yad” hiss etməyəcəksiniz. Ayrıca, əhalinin əksər hissəsi iki dildə danışır (ikinci əsasən ingilis dilidir), yəni danışaraq ünsiyyət qurmaq cəhətdən çətinlik çəkməyəcəksiniz.
  4. Yüksək səviyyəli həyat tərzi – Litva,  “Yaşıl Şəhər İndeksi”ndə  özünün dünya səviyyəli səhiyyə infrastrukturu və təhlükəsizlik  şəraitinə görə region ölkələri arasında  ilk sırada yer alıb. Ölkənin şəhərləri öz ecazkarlığı ilə seçilən  Kopenhagen, Barselona və Keyptaun kimi şəhərlərlə müqayisə edilir. Sizi həm təbiətin möhtəşəmliyi, həm də şəhərlərin qədim və müasir üslubları valeh edəcək, yəni  ölkədə şəhər turu etməyiniz üçün lazımi şərait vardır.
  5. Sadə şərtlərlə viza almaq imkanı – Litva Şengen Zonasında ən asan viza əldə edilən ölkələrdəndir. Hər il Litvaya Şengen Vizası üçün müraciət edənlərin 90+ %-i qəbul ala bilir. Visa almaq prosedurları, sənəd işləri çox  qısa zaman alır.
  6. Startap-biznes qurmaq imkanları – Siz Litvada ali təhsil almaqla bərabər, öz biznes ideayınızı həyata keçirə bilərsiniz. Hətta, bir çox xarici şirkətlər öz  investisiyalarını burada bizneslərə yatırmağa çalışırlar. Çünki, Litvada biznes qurmaq üçün xırda prosedurlar tələb olunmur, yalnız sadə şərtlərlə və qısa müddətdə gərəkli  hüquqi prosedurları yerinə yetirə biləcəksiniz.

Litvada təhsil almaq üçün hansı sənədlər tələb olunur?

  • ✓ Bakalavr təhsili üçün orta məktəbi bitirdiyiniz haqqında attestatın İngilis dilində tərcümə olunmuş kopyası
  • ✓ Magistr təhsili üçün bitirdiyiniz ixtisasın bakalavr diplomu ( rəsmi tərcümə edilmiş formada)
  • ✓ İngilis dilini akademik səviyyədə bildiyinizi təsdiq edən beynəlxalq sertifikatlar – TOEFL (minimum 60 TOEFL İBT-internet-based test), IELTS (minimum 5.5 dərəcə)
  • ✓ Ümumvətəndaşlıq passportunun kopyası
  • ✓ CV (Cirriculum Vitae)
  • ✓ Motivasiya məktubu (1200-1400 simvol həcmində)
  • ✓ Sənəd şəkli (3*4 sm ölçüdə)
  • ✓ Milli və beynəlxalq yarışlarda, layihələrdə iştirak etmisinizsə, qazandığınız sertifikatlar
  • ✓ Təhsil alacağınız müddətdə universitet ödənişi və yaşamaq üçün hesabınızda kifayət qədər vəsait olduğunu göstərən rəsmi bank sənədləri
  • ✓ Bəzi universitetlərdə gərəkli olan müraciət üçün ödəniş

QEYDBir neçə universitetlər qəbul üçün əlavə sənədlər tələb edə bilər.

Litvada yaşayış xərcləri

Litvada yaşam xərcləri digər Avropa ölkələrinə nisbətən əlverişlidir. Əgər tələbəsiniz və büdcənizə qənaət etmək istəyirsinizsə, Litva bu cəhətdən Sizin üçün  lazımi imkanlar təqdim edir.

Bütün universitetlər xarici tələbələrə “hall of residence” adlanan yaşayış yerlərində qalmaq imkanı yaradır. Bu cür tələbə yerlərinin əksəriyyəti universitetlərin yaxınlığında yerləşir, bəziləri isə müəyyən qədər uzaqlıqdadır. Bir çox tələbə yaşayış məskənləri müasir texnoloji yeniliklərlə, o cümlədən WİFİ-la təchiz edilib. Adətən, “hall of residence”lərdə  duş kabinəsi və mətbəx ümumi istifadədə olur. Hər otaqda maksimum 2-3 nəfər yaşayır.

Tələbələr istəsə, “shared accomadation” adlanan tələbə evlərində də qala bilər, Belə evlərin qiyməti aylıq 50-100€ arası dəyişir.

Məsləhətli olar ki, seçdiyiniz universitet əməkdaşlarından qalacağınız tələbə evləri, qiymətlər, yaşayış şəraiti və s. zəruri şeylər haqqında əvvəlcədən məlumat alasınız.

Əlavə yaşayış yeri seçimi kimi, kirayə mənzillərdə qala bilərsiniz. Bu zaman aylıq qiymət 150-300€ təşkil edəcək.  Ümumiyyətlə şəhər mərkəzində 1 nəfərlik kirayə mənzil 435€, 3 nəfərlik isə 701€ qiymətindədir. Şəhər mərkəzindən kənar ərazilərdə 1 nəfərlik kirayə ev 301€, 3 nəfərlik isə 456€ təşkil edir.

Nəqliyyat xərcləri – Əgər qaldığnız yer universitetdən uzaqda yerləşirsə, dərsə gedərkən ictimai nəqliyyatdan istifadə etməli olacaqsınız. Ölkədə  bir nəfərlik ictimai nəqliyyat bileti 1.00 €, aylıq gediş haqqı isə 29.00 € civarındadır. Taksi qiymətləri 1 km məsafəlik normal tarifdə 0.60 € təşkil edir.  Əgər şəxsi avtomobil  istifadə edəcəksinizsə,  1 litr benzinin qiymətinin 1.19 € olduğunu nəzərinizdə saxlamalısınız.  

Qida xərclərinə gəldikdə, gündəlik tələbat məhsullarından  1 litr süd – 0.86€, ağ çorək – 0.90€, 12 ədəd yumurta – 1.48€,1.5 litr su – 0.67€ ,  1 kq toyuq filesi –  4.96€, 1 kq mal əti – 7€ təşkil edir. Əlavə olaraq ucuz restoranda bir nəfərlik sifariş – 7.00€, nisbətən bahalı restoranda 2 nəfərlik üç kurs yemək 30.00€, 0.33 litr su – 1.18€ qiymətindədir.

Kommunal xərcləri – Əgər Siz 85 m2 sahəsi olan  mənzildə yaşasanız, elektrik, istilik, su, zibillərin daşınması kimi kommunal xərclərə aylıq 129.30€ ödəməli olacaqsınız. İnternet ödənişi ( 60 Mbps və daha çox, limtsiz data) aylıq 10.80€, 1 dəqiqəlik ilkin mobil tarif (endirimsiz) 0.09€ qiymətindədir.

İstirahət və sağlamlıq xərclərindən danışsaq, bir nəfərlik kinoteatr bileti 7.00€, aylıq fitnes klub ödənişi isə 29€, həftədə 1 saatlıq tennis meydançası icarəsi isə 19€  təşkil edir.

Kiçik ərazisi və nisbətən az əhalisi olmasına baxmayaraq, xarici tələbələrə arzu etdikləri keyfiyyətdə, ciblərinə uyğun büdcədə akademik təhsil təklif edən Litvada təqaüdlü təhsil almaq istəyirsinizsə, bizə müraciət edin, Sizin təhsil almağınız üçün gərəkli olan mərhələləri həyata keçirək.