Latviyada Təhsil

Latviya Baltik dənizinin şərq sahilində yerləşməklə, Şərq,Qərb,Şimal və Cənub arasında körpü rolunu oynayır.  Ökənin həm fiziki-coğrafi mövqeyinin əlverişliliyi,  idarəetmə sisteminin keyfiyyətliliyi, həm də əhalinin zəhmətkeşliyi sayəsində Latviya, bu gün kiçik ölkə olmasına baxmayaraq, kifayət qədər inkişaf etmiş dövlətdir. Latviyanın  təxminən 2 milyon əhalisi var. Paytaxt Riqa opera, balet, incəsənət qalereyaları və muzeylərilə  zəngin mədəniyyət tarixinə sahibdir. Hətta, 2014-cü ildə Riqa “Avropanın Mədəniyyət Paytaxtı” seçilmişdir. 

Dövlətin rəsmi dili Latviya dilidir.  Əhalinin çoxu latviyan və ingilis dillərində danışır. Bundan əlavə uzun müddət SSRİ-nin tərkibində olması səbəbiylə  rus dili ölkədə  çox işlədilən dillərdən sayılır.

Latviya NATO, Avropa Birliyi kimi beynəlxalq təşkilatların  üzvü olmaqla,  xarici tələbələrə dünya standartlarına uyğun təhsil imkanı verir. Mühəndislik, Tibb, Biznesin idarə edilməsi, Turizm, İctimaiyyətlə əlaqələr, bank işi, təbiət elmləri, sosial elmlər və s. ixtisaslar üzrə hər il 5500-ə qədər gənc öz ali təhsilini Latviyada almağı seçir. Latviya, müasir və təhlükəsiz tədris mühiti, beynəlxalq arenada tanınan akademik  müəllim-mütəxəssis heyəti və təhsil proqramları,  sərfəli qiymətlərdə təhsil haqqı, büdcəyə uyğun yaşayış imkanlarının olmasıyla xarici tələbələrin diqqətini  ilbəil  özünə cəlb edir.

Latviyada təhsil sistemi interaktiv öyrənmə və praktiki vərdişlərlə mənimsəmə üstündə qurulub.  Ölkədə 58 ali təhsil müəssisəsi var. Universitetlərdə xarici tələbələrə 200-dən artıq İngilis dilində təhsil verən ixtisaslar təklif edilir.  Bu ixtisasların çoxu Bakalavr pilləsi üzrədir. Paytaxt şəhər Riqada universitetlərin əksəriyyəti, o cümlədən ən böyüyü Latviya Universiteti yerləşir. Bu universitetin  yaşı təxminən 100 ildir və tibb-stomotologiya  daxil olmaqla, bir çox ingilis dilində olan ixtisaslar burada tədris edilir.

Digər ölkələrdən fərqli olaraq, Latviyada bir çox ali təhsil müəssisələri xarici tələbələrin qəbulu zamanı beynəlxalq dil sertifikatı tələb etmir. Dil bacarıqlarının yoxlanılması adətən xarici  tələbələrlə onlayn müsahibə vaxtında həyata keçirilir. Bolonya sisteminə əsasən Latviya universitetlərində  ali təhsilin hər 3 pilləsi – Bakalavr, Magistr və Doktorantura yüksək səviyyədə təmsil olunur. Latviyada Bakalavr təhsili 3-4 il, magistr təhsili 1-2 il, doktorantua  isə 3-4 il müddətində tədris edilir.

Latviyada universitet ödənişləri digər Avropa Birliyi ölkələrinə nisbətən əlverişlidir. Seçdiyiniz universitet və ixtisas proqramından   asılı olaraq təhsil haqqları müxtəlif ola bilər.  Ümumiyyətlə götürsək, Latviya ali təhsil müəssisələrində təhsil ödənişləri aşağıdakı kimidir:

  • ✓ Bakalavr təhsili üzrə illik 3000-7000 €
  • ✓ Magistr təhsili üzrə maksimum 9000€
  • ✓ Doktorantura təhsili üzrə ödəniş 1200-1500€ təşkil edir.

Çox zaman dövlət universitetləri özəl təhsil müəssisələrinə nisbətən daha aşağı qiymtələr təklif edir.

Niyə Latviyada ali təhsil almalıyam?

  1. Xarici tələbələr üçün çoxsaylı təhsil proqramları və onlara uyğun bir çox tələbə təqaüdləri  mövcuddur.
  2. Latviya təhsil müəssisələrinin diplomları qlobal səviyyədə tanınır.
  3. Latviyada təhsil ödənişləri və yaşam xərcləri “tələbə büdcəsi”nə uyğun şəkildədir.
  4. İqtisadi cəhətdən inkişaf edən ölkə olmaqla, Latviya xarici tələbələrə gələcək üçün geniş karyera imkanları yaradır.
  5. Universitet vaxtından tələbələr işləyib təcrübə qazana və maliyyə müstəqilliklərin təmin edə bilərlər. Belə ki, tələbələrə oxuduqları müddətdə həftəlik 20 saat işləmək icazəsi verilir. Tətil vaxtı hətta 40 saat işləmək də mümkündür. Bundan əlavə yay vaxtı bir çox universitetlər xarici tələbələri təcrübə proqramlarına göndərir.

Latviya universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

  • ✓ Etibarlılıq vaxtı qüvvədə olan ümumvətəndaşlıq pasportu
  • ✓ 6 ədəd 35*45 sm ölçüdə və ağ arxa fonda sənəd şəkli
  • ✓ Bakalavr pilləsi üçün orta məktəbi bitirdiyinizi göstərən attestat
  • ✓ Magistr təhsili almaq üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
  • ✓ Beynəlxalq İngilis dili sertifikatları – IELTS, TOEFL yaxud PTE (Pearson Tests of English)
  • ✓ CV (Cirriculum Vitae)
  • ✓ Məhkum olmamağınız haqqında rəsmi arayış
  • ✓ Bankdan Tələbənin ad, doğum tarixi və pasport nömrəsini göstərən arayış
  • ✓ Həmin bankdan balansında minimum 4763 € olan Beynəlxalq debit kartı
  • ✓ Motivasiya məktubu

QEYD: Universitetlər daxili inzibati qaydalarına əsasən əlavə sənədlər tələb edə bilər.

Latviyada yaşayış xərcləri

Latviyada yaşam xərcləri Avropanın digər  öndəgedən ölkələrinə nisbətən sərfəlidir.  Ölkədə tələbə yaşayış yerləri adətən universitetlər tərəfindən yataqxana və hostel şəklində təmin edilir.  Yaşayış xərclərinin səviyyəsi tələbələrin yaşayacağı şəhərdən və yaşam şəraitindən asılıdır.  Bir tələbə üçün qida, nəqliyyat, kommunal və yaşayış yeri daxil olmaqla aylıq  ortalama 450-700€ kifayət edir.

Tələbələr universitetlərin təklif etdiyi yataqxanalarda yox, kirayə mənzillərdə yaşamaq istəsələr,  qiymətlər bu cür olacaq: şəhər mərkəzində bir nəfərlik kirayə ev 372€, şəhər kənarı həmin ev isə 261€ qiymətindədir. Şəhər kənarı  ərazidə 3 nəfərlik kirayə mənzil 673€, şəhər mərkəzindən kənarda isə eyni mənzil 475€ təşkil edir.

Qida xərclərinə gəldikdə, gündəlik tələbat məhsullarından 1 litr süd – 0.91€, 500 qr ağ çörək – 0.87€, 12 ədəd yumurta 1.76€, 1 kq toyuq filesi – 5.31€, 1 kq mal əti – 7.76€, 1.5 litr su – 0.63€, 1 kq kartof – 0.46€ qiymətindədir. Əgər restorandan sifariş vermək istəsəniz, çox  baha olmayan restoranda bir nəfərlik yemək 6.50€, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək 35.00€, 0.33 litr su isə 0.78€ təşkil edəcək.

Kommunal xərclər ortalama 85 m2 sahəsi olan yaşayış mənzilində elektrik, istilik, su, zibillərin daşınması daxil olmaqla aylıq 175€ qiymətindədir. 1 dəqiqəlik ilkin ödənişli mobil tarif 0.10€, aylıq internet-WIFI ödənişi isə 16€ təşkil edəcək.

Nəqliyyat xərclərindən söhbət açsaq, 1 nəfərlik ictimai nəqliyyat bileti – 1.15€, aylıq gediş üçün birdəfəlik bilet isə 50.00€ civarındadır. Normal tariflə 1 km məsafəlik taksi qiyməti 0.70€ təşkil edir. Əgər şəxsi avtomobildən istifadə etmək istəyirsinizsə, 1 litr benzinin qiyməti 1.28€-dur.

İstirahət və sağlamlığınız üçün bir nəfərlik aylıq fitnes klub ödənişi 33.64€, kinoteatr bileti isə hər nəfərə 8.00€ qiymətindədir.

Qısa müstəqillik tarixində əhəmiyyətli inkişaf nəticələri əldə edən, təhsil-tədris sahəsində regional və qlobal səviyyədə öncül mövqedə duran Latviyada bakalavr və magistr təhsili almaq istəyirsinizsə, bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi olaraq istədiyiniz  Latviya universitetində təhsil almağınız üçün hər cürə dəstək göstərək.