Amerikada Təhsil

Dünyanın ən güclü iqtisadiyyatına, ən yaxşı universtietlərinə sahib olan ABŞ-da təhsil almaq əksər gənclərin arzusudur. Ayrıca rəngarəng və ekzotik təbiəti, fərqli millətlərin bir arada yaşadığı sosial mühit, dünyanın ən böyük əyləncə və istirahət mərkəzlərindən bir çoxunun burada yerləşməsi dörd bir yandan insanların ABŞ-a  gəlməsinə imkan yaradır.

Xarici tələbələr üçün öndə gedən təhsil ölkəsi kimi tanınan ABŞ, dünya universitetləri reytinqində 150-dən çox qabaqcıl universitet və kolleclərlə ön sıralarda təmsil olunur.  400 ilə yaxın universitetləşmə tarixi olan bu ölkə hazırda təhsil sahəsində regional və qlobal səviyyədə öz sözünü deyib. 2018-19-cu illər təhsil dövründə, ABŞ-da  1 milyon 300 minə qədər xarici tələbələr müxtəlif kollec və universitetlərdə təhsil alıblar. Hər il ABŞ-da təhsil müəssisələrinə müraciət edənlərin sayı durmadan artır.

Bəs, Siz dinamik və universal təhsil sisteminə malik olan ABŞ-da təhsil almaq istəyərdinizmi?

Gəlin öncə bir neçə nüansa nəzər salaq:

Niyə ABŞ-da təhsil almalıyam?

✓ Dünyanın ən keyfiyyətli  50 universitetinin  23-ü burada yerləşir
✓ 4000 universitet və kollecdən özünüzə ən uyğununu seçə bilərsiniz
✓ Sadəcə yüksək dərəcə ilə TOEFL(Test of English as a Foreign Language)  sertifikatı əldə edərək universitetlərə müraciət edə  və təqaüd qazana bilərsiniz
✓ Bakalavr və magistr təhsilindən sonra ABŞ-da işləmək  imkanınız  olacaq
✓ Hər bir gəncin arzusunda olan “ABŞ tələbə həyatı”nın bir parçası olmaq şansınız var
✓ Dünyanın dörd bir yerindən müxtəlif mədəniyyətlərdən olan gənclərlə münasibətdə olmaq və sosial aktivliyinizi artırmaq imkanınız yüksəkdir
✓ Əgər ingilis dilini mükəmməl bilirsinizsə, TOEFL imtahanı vermədən də universitetlərə müraciət edə bilərsiniz
✓ CV-nizi zənginləşdirəcək beynəlxalq təhsil təcrübəsi qazanırsınız
✓ ABŞ-ın bütün universitetlərində tədris ingilis dilindədir, bu da ingilis dilini akademik səviyyədə peşəkarlaşdırmağınıza yardım edəcək

ABŞ-da universitet xərcləri

ABŞ-da universitet xərcləri dövlət, özəl universitetlər və kolleclərə görə müxtəlifdir:

✓ Universitet (ilk 100-200 sırada) illik 25000$ – 40000$
✓ Universitet (orta keyfiyyətli) illik 15000$ – 20000$
✓ İcma Kollecləri (Community College)  illik 8000$ – 10000$

 ABŞ-da Təqaüd Proqramları

Amerikada təqaüdlü  təhsil almaq üçün bir neçə qrup beynəlxalq Təqaüd proqramları mövcuddur. Bunların bəziləri xarici tələbələrə tam təqaüd verməklə, onlara ABŞ-da pulsuz  təhsil almaq  üçün şərait yaradır. Müxtəlif növ təqaüd proqramları aşağıdakılardır:

1. ABŞ hökumətinin  xarici tələbələr üçün təşkil etdiyi təqaüd proqramları

✓ Foreign Fulbright Student Program
✓ Humphrey Fellowship Program

2. ABŞ universitet və kolleclərinin xarici tələbələr üçün təqaüd proqramaları 

✓ American University Scholarships – AU Emerging Global Leader Scholarship Program
✓ Amherst College Scholarships – Financial Aid Award
✓ Berea College Scholarships
✓ Clark  University  Scholarships və daha 7  proqram.

3. Ayrı-ayrı özəl və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilən təqaüd proqramları 

✓ Joint Japan World Bank Graduate Scholarships
✓ AAUW International Fellowships 

Bütün qeyd olunan təqaüd proqramları, şərtləri və tələbləri haqqında ətraflı məlumat əldə etmək üçün buraya keçid edin.

Müraciət üçün tələb olunan sənədlər

Bakalavr təhsili üçün:  

1. Onlayn müraciət forması
2. SAT, ACT yüksək imtahan nəticələri
3. İngilis dilinin akademik səviyyədə olduğunu göstərən rəsmi sənəd yaxud sertifikat (TOEFL,IELTS,MELAB)
4. GPA(orta bal) üzrə attestatın tərcüməsi
5. Şəxsin bitirdiyi təhsil müəssisəsindən rəsmi  transkript
6. Tövsiyyə məktubu (bəzi universitetlərdə 2 müəllim tərəfindən verilməsi şərtdir)
7. Universitetlərin daxili tələblərinə uyğun müraciət ödənişi(application fee)

Magistr və doktorantura təhsili üçün:

1. Onlayn müraciət forması
2. IELTS,TOEFL,GRE, GMAT imtahanlarından yüksək dərəcəli sertifikat
3. Şəxsin bitirdiyi universitet yaxud kollecdən rəsmi transkript
4. Minimum 2-3 fərqli müəllim yaxud məsləhətçi tərəfindən yazılmış tövsiyyə məktubu
5. Akademik ingilis dilində Rezyume yaxud CV
6. Seçdiyiniz ixtisası həqiqətən istədiyinizi göstərən Maraq məktubu (Statement of Purpose)

QEYD: Yuxarıda qeyd olunan sənədlər şərti qaydada verilib. Universitet və kolleclərdən asılı olaraq təhsil üçün tələb olunan sənədlər fərqlənir.

ABŞ-da Yaşayış xərcləri

Yaşam xərcləri universitetlərin yerləşdiyi bölgədən asılı olaraq dəyişir. Məsələn, ABŞ-ın Orta-qərb regionunun tələbə şəhərciklərində qiymətlər aşağıdırsa, Şərq və Şimal-Şərq regionlarında daha bahadır.
Ortalama mənzil kirayəsi aylıq 500$-dan başlayır(şəhərdən uzaq bir otaqlı mənzil) və 3500$-a qədər(şəhərdaxili ərazidə bir otaqlı mənzil)  davam edir. Universitet  kampuslarında hər otaqda 2-3 nəfər qalan yataqxanalar var ki, qiymətləri bütün xidmətlər və yaşayış yeri daxil olmaqla 5304$ – 8161$ arası təşkil edir. Ən aşağı qiymətlər 2 illik dövlət kolleclərində və 4 illik özəl-QHT universitetlərində olur. 

QEYD: Hər bir universitetin təhsil ödənişləri və universitetdaxili yaşayış xərcləri onların rəsmi vebsaytlarında yerləşdirilir. 

Digər xərclər: Aylıq internet xərcləri 35-60$ aralığındadır, telefon  ödənişləri təxminən 50$, ictimai nəqliyyat xərcləri 50-60$ təşkil edir, bəzi ərazilərdə tələbələrə endirimli ictimai nəqliyyatdan istifadə etməyə şərait yaradılır. Kitab, texniki dətsək (computer,wifi vs.) kimi universitet xərcləri bir təhsil ili üçün 1170$ yaxud hər semester üçün 390$ qiymətindədir. Kommunal xidmətlər 50-100$ arasında dəyişir. Həftəlik market xərcləri pəhriz və s. səbəblərdən dolayı adambaşı 20-70$ aralığında dəyişir. Sağlamlıq yaxud formada qalmaq məqsədilə idman zallarına aylıq üzv olmaq istəsəniz, 58%%EDITORCONTENT%%nbsp;  ödəməli olacaqsınız. Əyləncə və istirahətiniz üçün restoran qiymətləri  bir nəfər üçün ortalama  15$, kinoteatr isə 9$ təşkil edir.

ABŞ universitetləri, müraciət formaları, tələbə yaşam şərtləri və təqaüd proqramları haqqında ətraflı məlumat əldə etdikdən sonra,  niyə ABŞ-da təhsil almaq haqqında düşünməyəsiniz?!

Əgər ABŞ universitet və kolleclərində ali təhsil almaq istəyirsinzsə, elə indi müraciət edin və “Oxford College” arzularınızı reallaşdırmaqda hərtərəfli köməkçiniz olsun.