IELTS Bloqu

IELTS imtahani– Beynəlxalq İngilis Dili Test Sistemi – dünyanın ən tanınmış ingilis dili imtahanıdır. Dilin qiymətləndirilməsi sahəsində dünyanın bir sıra aparıcı mütəxəssisləri tərəfindən hazırlanmışdır və ingilis dilində oxuma, yazma, dinləmə və danışıq bacaraqlarınızın qiymətləndirir.

IELTS imtahani ingilis dilini təhsil almaq, işləmək və ingilis dilli mühitdə yaşamaq üçün necə istifadə edəcəyinizi əks etdirir.

IELTS 140-dan çox ölkədə 10,000-dən çox təşkilat tərəfindən tanınır və qəbul edilir. Həmin təşkilatlara təkcə ABŞ-da sayı 3,000 olan hökumət, akademik təşkilat və işəgötürənlər daxildir.

IELTS imtahan qiyməti 1-9 arası müəyyən olunur.

9 (Ekspert): Namizəd dilə tam hakimdir, yerində və doğru istifadə ilə yanaşı axıcı bir danışma və tam anlama qabiliyyətinə malikdir.
8 (Çox yaxşı): Dilə tam bələd olmaqla yanaşı sadəcə nadir tutarsızlıqlara sahibdir. Sıx qarşılaşılmayan vəziyyətlərdə yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər.
7 (Yaxşı): Dilə hakim olmaqla bərabər bəzi qarışıqlıqlarda tutarsızlıqlar və yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər və detallı anlatmaları anlayar.
6 (Bacarıqlı): Ümumi olaraq dilə hakim olmaqla bərabər bəzi tutarsızlıqlar və yanlış anlaşılmalar yaşanar. Sıx vəziyyətlərdə qarışıq bir dil istifadə edə bilər.
5 (Məqbul): Dilə qismən hakimdir, çox vəziyyətdən baş çıxara bilsə də xətalar edər. Özlüyündə təməl biliklərə hakimdir.
4 (Sərhədli): Təməl biliklər sadəcə tanış şərtlər daxilində keçərlidir. Qarışıq vəziyyətlərdə sıx-sıx problemlər yaşayar.
3 (Çox sərhədli) Çox tanış məsələlərdə sadəcə ümumi vəziyyəti anlaya bilər və anlada bilər.
2 (Kəsintili): Sadəcə çox tanış məsələlərdə və sərhədli kəlimə qrupları xaricində həqiqi bir dialoq mümkün deyil.
1 (Dili bilmir): Bir-biriylə əlaqəsi olmayan bir neçə söz xaricində dili istifadə edə bilmir.
0 IELTS imtahaninda iştirak etməyib və ya dolayısıyla haqqında heç bir məlumat alınmayanlar üçün istifadə edilir.

IELTS haqqında tez-tez soruşulan suallar

IELTS nə deməkdir?

IELTS – International English Language Testing System( Beynəlxalq İngilis Dili Test Sistemi ) deməkdir.

IELTS imtahanında hansı bacarıqlar sınanır?

Bacarıq yoxlanılır: Oxumaq, dinləmək, danışmaq, yazmaq.

Eyni gündə hansı testlərə daxil olmaq olar?

Oxumaq, yazmaq və dinləmək testləri eyni gündə keçirilir. Danışıq testi isə həm eyni gündə, həm də digər testlərdən əvvəl/sonra keçirilə bilər.

Reading və Writing mərhələləri arasında fasilə var?

Xeyr. Oxumaq, yazmaq və dinləmək testləri arasında fasilə yoxdur. Onlar hamısı birlikdə keçirilir və ümumilikdə 2 saat 40 dəqiqə müddətində aralıqsız davam edir.

IELTS imtahanına saat taxmaq olar?

Xeyr, buna icazə yoxdur. İmtahanın bütün mərhələləri boyu divarda saat olur.

Neçə dəfə İELTS imtahanına daxil olmaq olar?

IELTS imtahanına istədiyiniz qədər daxil olmaq şansına sahibsiniz, heç bir limit yoxdur.

İmtahan nəticəmi nə vaxt əldə edə bilərəm?

İmtahan nəticəniz test tarixinizdən sonrakı 13 gün ərzində sizə göndəriləcəkdir. Bəzi test mərkəzləri ayrıca SMS bildirişləri və nəticələrin online bildirilməsi xidməti də təqdim edir. Yalnız bir nüsxə verildiyi üçün nəticənizi güvənli bir yerdə saxlamağınız məsləhət görülür.

İlk öncə IELTS testinin hansı mərhələsini həll etməyə başlamalıyam?

Əvvəlcə “Dinləmə” testini, daha sonra “Oxu” və “Yazı” testlərini əldə edəcəksiniz (bu testlər arasında fasilə yoxdur). “Danışıq” imtahanınız yerli tənzimləmələrdən asılı olaraq ya həmin gün, ya da o gündən yeddi gün əvvəl, və ya iki gün sonra keçiriləcəkdir.

Test günü imtahana daxil ola bilməsəm və ya xəstə olsam nə baş verəcək?

Sınaq günü əvvəlcədən xəbərdarlıq etmədən iştirak etməsəniz, tam ödənişinizi itirəcəksiniz. Bununla birlikdə, test tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsəniz, yerli inzibati xərc çıxılmaqla geri ödəmə alacaqsınız.

IELTS imtahanına ilin hansı vaxtı daxil ola bilərəm?

IELTS imtahanı yerli tələbatdan asılı olaraq, ayda dörd dəfəyə qədər olmaqla ildə 48 sabit tarixdə keçirilir.

Özümdən asılı olmayan şərtlərdən imtahan ləğv olunsa nəticə necə olacaq?

Test mərkəzi növbəti mövcud test tarixində sizə bir test təklif edə bilər.