Tez-Tez Soruşulan Suallar

İmtahan gününü dəyişmək və ləğv etmək olarmı?

SAT imtahanında iştirak edən tələbələr test gününü 28 dollara dəyişə bilərlər. Unutmamalı olduğunuz əsas məqam isə dəyişikliyi yalnız testdən 14 gün əvvəl edə bilərsiniz. Testi 10 dollar geri qaytarmaqla da ləğv edə bilərsiniz. Ləğvlər yalnız testdən 4 gün əvvəl edilə bilər.

Hansı SAT balına ehtiyacım olduğunu necə bilə bilərəm?

Hər ali məktəb fərqli bir bal tələb edir və hədəf universitetinizin hansı bal istədiyini bizdən və yaxud onların öz saytlarından öyrənə bilərsiniz.

SAT imtahanı üçün qeydiyyat nə qədərdir?

SAT-ın qiyməti 47.50 ABŞ dollardır (Seçmə esse hissəsini də almaq istəyirsinizsə, qiyməti 64.50 dollar olacaq).

SAT imtahanını neçə dəfə verə bilərəm?

İstədiyiniz balı almaq üçün istədiyiniz qədər imtahan verə bilərsiniz. İmtahanda iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur.

SAT Testi nə qədər çəkir?

SAT testi təxminən 3 saat çəkir (istəyə bağlı yazı ilə 3 saat 50 dəqiqə). Epizodlar arasında 3 qısa fasilə var, bu vaxtdan şagirdlər rahatlamaq üçün yemək və içmək üçün istifadə edə bilərlər.

SAT testinə nə vaxt yazılmalıyam?

SAT formasını imtahandan ən az 1 ay əvvəl doldurmalı və imtahana yazılmalısınız.

SAT imtahanına nə vaxtdan hazırlaşmağa başlamalıyam?

Şagirdlərin çoxu SAT imtahanına 11-ci sinifindən başlayır. SAT imtahanı üçün hazırlıq ən azı 1 il əvvəl başlamalıdır.

SAT göstəricisi ilə Azərbaycanda bakalavr təhsili almaq olar?

Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil müəssisələrində SAT nəticəsi ilə bakalavr dərəcəsi üzrə təhsil almaq mümkündür.

SAT imtahanına necə müraciət edə bilərəm?

SAT imtahanında iştirak etmək üçün müraciəti online formada edə biləriniz. Amma Türkiyədə və Amerikada çoxlu sayıda müraciət məntəqələri mövcuddur.

ABŞ universitetlərinə müraciət üçün SAT göstəricisi neçə il keçərlidir?

SAT nəticələri ümumiyyətlə ABŞ universitetlərinə müraciət zamanı 5 il müddətində etibarlıdır.

SAT imtahanında iştirak üçün hər hansı bir məhdudiyyət var?

Xeyr, SAT imtahanında hər kəs istədiyi qədər iştirak edə bilər.